EN

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşləri keçiriləcək

Bakı. Trend:

“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi və dünyagörüşüinkişafına yönəlmiş inkişaf təşəbbüsləri 2026-cı ilin birinciyarısında yeni məzmun xətti ilə genişləndiriləcək. Bu çərçivədə“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş”adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə Müsabiqənin İşçi Qrupundan məlumatverilib.

Bildirilib ki, müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmlinümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilkünvanı — İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə təşkil olunacaqgörüşlərdə iştirak edəcəklər. Görüşlər zamanı azərbaycançılıqfəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və budəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlımüzakirələr aparılacaq.

Silsilə görüşlərin əsas məqsədlərindən biri AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin çıxışlarında xüsusivurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilikdüşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biriolması fikrinin idarəçilər arasında daha dərindən təşviqedilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqlayanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısıolması məsələləri diqqət mərkəzində saxlanılacaq.

Görüşlərdə qonaq natiq qismində “Ədibin Evi”nin ekspertləriçıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik,idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlilolunacaq.

Qeyd edək ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycanədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqivə təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gəncnəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxumədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevgininaşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsasməqsədlərindən biri kimi müəyyənləşdirib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamlatəsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillikfərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğindəpul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Chosen
87
4
az.trend.az

5Sources