BP Azərbaycanın mədəni irsinin davamlı tanıdılması istiqamətində işləri davam etdirəcək.
"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Milli İncəsənət Muzeyində əsaslı təmir olunmuş "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti" adlı yeni sərgi zallarının və daimi ekspozisiyanın açılış mərasiminə deyib.
Onun sözlərinə görə, BP-nin dəstəyi ilə reallaşan layihə çərçivəsində artıq Milli İncəsənət Muzeyində möhtəşəm əsərləri daha aydın görmək mümkündür:
"Burada əsaslı təmir işləri aparılıb. İşlər çərçivəsində müasir işıqlandırma sistemləri quraşdırılıb. BP şirkətinin Azərbaycanın iqtisadiyyatına böyük töhfə verdiyi doğrudur. Lakin hər şey iqtisadiyyat deyil. İncənəsət və mədəniyyət də çox önəmlidir".