EN

Bakıda evdə yanaraq ölənlər bacı-qardaş imiş

18:14 23.01.2026
18:14 23.01.2026

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı ölən şəxslərin kimliyi məlum olub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus üçmərtəbəli evdə baş verib.

Nəticədə ərazidən ev sahibinin qayınatası, 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı, 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.


Chosen
84
5
mynews.az

5Sources