EN

Ağır yol-nəqliyyat hadisəsi baş verib – Xəsarət alanlar var

Bakı–Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, qəza avtomobil yolunun Yaşma bağları istiqamətindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai Santa Fe” markalı minik avtomobili yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində bir neçə nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Əraziyə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Chosen
24
nocomment.az

1Sources