EN

Konor toyundan şəkillər paylaşdı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor sosial şəbəkələrdə toyundan şəkillər paylaşıb. "Football-plus.az" xəbər verir ki, mərasim ötən il dekabrın 12-də Vatikanda keçirilib. Makqreqor 2008-ci ildə tanış olduğu Di Devlinlə nigah bağlayıb. Cütlüyün vətəndaş nigahı dövründə dörd övladı doğulub.Makqreqor paylaşımı bu sözlərlə müşayiət edib: “Bütün həyatımın eşqi Di ilə evləndim. 12-ci ayın 12-ci günündə, düz saat 12.12-də. Biz Vatikanın ən qədim kilsəsi olan Santo-Stefano-delyi-Abissini qülləsində evləndik. Tarix mənim ad günümdən düz 151 gün sonra idi. Rəbbimiz və Xilaskarımız İsa Məsihin gematriya dilindəki adının cəmi 151-di. Mənimki də belədi. İsa Məsih = 151. Konor Makqreqor = 151. Bu ilahi təsadüflər ilahi qüdrətin şəksiz əlamətləridi və mən bunlardan xəbərsiz idim”.37 yaşlı Makqreqor indiyə qədər qarışıq döyüş növlərində keçirdiyi görüşlərin 22-də qələbə qazanıb, 6-da uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
icma.az

2Sources