Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra “Neftçi” 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ilk oyununda “Araz-Naxçıvan” “İmişli” ilə heç-heçə edib.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.