EN

Yağıntılı hava Bakıda yol infrastrukturuna ciddi ziyan vurdu – VİDEO

Yağışdan sonra paytaxtın bəzi yollarında çalalar əmələ gəlib. Görüntülər Babək prospektindəndir.

NOCOMMENT.az xəbər verir ki, yaranmış vəziyyət bir neçə ünvanda müşahidə edilir.  “NZS” qəsəbəsində də yağışdan sonra bir neçə ünvanda yol çöküb.

Sürücülər deyir ki, bəzi çalalar aylardır təmir olunmur. Bu da həmin yollardan istifadə edən sürücülərə kifayət qədər zərər vurur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bu cür hallar yağıntılı havalardan sonra qaçılmaz olur və agentlik tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

İndi sürücülərə qalan isə təmir briqadalarının sözügedən ünvanlara nə vaxt çatacağını gözləməkdir. O vaxta qədər isə sükan arxasında daha diqqətli olmaq şərtdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
108
1
nocomment.az

2Sources