Türkiyə Superliqasında 19-cu tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. “Trabzonspor” evdə “Kasımpaşa” ilə qarşılaşıb. Oyun Trabzon təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hazırda Superliqanın turnir cədvəlinə 43 xalla "Qalatasaray" (18 matça) liderlik edir. "Fənərbaxça" 42 xalla (18 oyuna) 2-ci, "Trabzonspor" isə 31 xalla 3-cüdür (19 matça).
Superliqa, 19-cu tur
23 yanvar
"Trabzonspor" – "Kasımpaşa" - 2:1
Qollar: Onuaçu, 51. Zubkov, 84 – Diabate, 61.