EN

ABŞ-ın vitse-prezidenti Devid Vens fevral ayında Azərbaycana səfər edəcək

ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Paşinyana təşəkkür edib.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında paylaşım edib.

“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizdə rifah və sülh var”, - Tramp bildirib.

O həmçinin vitse-prezident Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyini haqda da məlumat verib.

“Fevral ayında vitse-prezident Vens sülh səylərimizi inkişaf etdirmək və beynəlxalq sülh və rifah üçün Tramp marşrutunu irəli aparmaq üçün hər iki ölkəyə səfər edəcək”, - o əlavə edib.

Chosen
74
4
apa.az

10Sources