EN

Amsterdamın mərkəzi etirazlar səbəbindən yüksək riskli zona elan edilib

Amsterdam hakimiyyəti Suriyadakı vəziyyətlə bağlı etirazların riski səbəbindən Mərkəzi Stansiya və Dam Meydanı ətrafındakı əraziləri yüksək təhlükəli zonalar elan edib.

"Far.Az"un xəbərinə görə, bu barədə "NL Times" məlumat verib.

Məlumata görə, yüksək hazırlıq rejimi 23 yanvar axşamı polisin şəhər mərkəzinin iğtişaşlara çevrilmək təhlükəsi ilə üzləşəcək nümayişlər barədə məlumat aldıqdan sonra elan edilib. Oxşar nümayişlər Niderlandın digər şəhərlərində də elan olunub.

Yüksək hazırlıq rejiminin elan edilməsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər mərkəzində profilaktik axtarışlar aparmaq və üz örtüyü taxmağı qadağan etmək hüququ da daxil olmaqla əlavə səlahiyyətlər alıblar. Bu tədbirlər bələdiyyə qanunvericiliyi ilə nəzərdə tutulub və ictimai iğtişaş təhlükəsi yarandıqda tətbiq olunur.

Yüksək riskli zonanın müddəti rəsmi olaraq müəyyən edilməyib.

Chosen
29
1
far.az

2Sources