Ajans.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, klubla futbolçu arasında imzalanan müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. Lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də "qoca sinyora"nın formasını geyinə bilər. Futbolçu karyerasına Almaniyanın "Herta" (Berlin) klubunda başlayan 21 yaşlı Teoman Gündüz 2023-cü ildə İtaliyanın C seriyasında çıxış edən "Triestina"ya transfer olunub. Oradakı oyunu və texniki bacarığı ilə müşahidəçilərin diqqətini çəkib.