EN

Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirildi

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davametdirilir.

Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz”sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuzuçuş aparatı vasitəsilə (PUA) İran İslam RespublikasındanAzərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyininəməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarıştədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUAvaxtında aşkarlanaraq zərərsizləşdirilmişdir.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 6 kiloqram 600 qramnarkotik vasitə marixuana götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Chosen
77
47
az.trend.az

10Sources