EN

Goranboyda qadın dəm qazından zəhərləndi

Goranboyda qadın dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib. Kənd sakini 1989-cu il təvəllüdlü E.Məmmədova huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı qadına zəhərlənmə diaqnozu təyin edilib. Dərhal qadına yardım edilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 37 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
13
7
konkret.az

10Sources