EN

Qara görə şəhid bacısı ölümündən 3 gün sonra dəfn edildi - VİDEO

Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xaliq Şəxşin oğlunun bacısı Qənbərova Əntiqə vəfat edib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yağan güclü qar səbəbindən mərhum bu gün axşam saatlarında dəfn olunub.

O, rayonun Barzavu kəndində torpağa tapşırılıb.

Güclü qar və çətin yol şəraiti mərasimin həyata keçirilməsini çətinləşdirsə də, kənd əhalisinin həmrəyliyi sayəsində dəfn mümkün olub. 

Qeyd edək ki, Lerik rayon Barzavu kənd ümumi orta məktəbi şəhid Xaliq Qənbərovun adını daşıyır.

Chosen
142
5
day.az

5Sources