EN

NATO-nun baş katibinin Trampı “ata” adlandırmasının məqsədi bəlli oldu: Yaltaqlıq, yoxsa...

NATO-nun baş katibi Mark Ruttenin ABŞ prezidenti Donald Trampı "ata" adlandırması ittifaqı bir yerdə saxlamaq məqsədi daşıyırdı.

Publika.az xəbər verir ki, "The Financial Times" (FT) qəzetinin məlumatına görə, 2025-ci ilin yayında Haaqada keçirilən sammitdə verilən bu açıqlama Ruttenin əsas taktikasının bir hissəsi olub.

Jurnalistlərlə söhbətində Trampın İran və İsrail haqqında sərt sözlərinə münasibət bildirən baş katib deyib: "Ata bəzən bunu dayandırmaq üçün sərt dildən istifadə etməli olur".

Onun iş tərzi ilə tanış olan mənbələrin izah etdiyi kimi, Rutte həmişə konsensusa nail olmaq üçün "sənaye cazibəsindən" - yaltaqlıqdan, sədaqətdən və pərdəarxası işlərdən istifadə edib. Niderlandın AB-dəki keçmiş səfiri Robert de Qrut qeyd edib ki, Ruttenin baş katib kimi əsas vəzifəsi hər kəsi eyni fikirdə saxlamaqdır.

Chosen
21
publika.az

1Sources