EN

Vens Azərbaycana gəlir ABŞ nin Cənubi Qafqaza marağı güclənir

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp fevral ayında vitse-prezident Ceyms Vensin Azərbaycanın və Ermənistanın paytaxtlarına səfər edəcəyini açıqlayıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, bu səfər Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh təşəbbüslərini daha da gücləndirmək və regionda strateji əməkdaşlığı irəli aparmaq məqsədilə planlaşdırılır. Tramp “Truth Social” sosial platformasında yayımladığı bəyanatda vitse-prezidentin səfərini “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP – Trump Route for International Peace and Prosperity) konsepsiyasını dəstəkləmək üçün atılan növbəti addım kimi səciyyələndirib. Tramp administrasiyası son aylarda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda 2025-ci ilin avqustunda imzalanmış sülh yaxud normallaşma prosesini dəstəkləyən təşəbbüsləri təşviq edib. Bu saziş çərçivəsində tərəflər arasında qarşılıqlı ərazi iddialarından imtina və güc tətbiq etməmək öhdəlikləri yer alıb. Analitiklərə görə, belə yüksək səviyyəli səfər regionda sülh prosesi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün mühüm siqnaldır və Vaşinqtonun Cənubi Qafqazda siyasi və ticari mövcudluğunu genişləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
www.bakupost.az

1Sources