Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ olub.
Â
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Â
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:24-də Sındırğı rayonunda qeydə alınıb.
Â
Zəlzələ ocağı 11,04 km dərinlikdə yerləşib.
Â
Təbiət hadisəsi İstanbul, İzmir və digər ərazilərdə hissi olunub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Â
Xatırladaq ki, yanvarn 21-də də Balıkesir vilayətində 4,5 maqnitudalı zəlzələ olub.
[media=https://www.youtube.com/watch?v=iN2T_OQ-hww]