EN

Rusiyanın Xarkova kütləvi hücumu nəticəsində 19 nəfər yaralanıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Silahlı Qüvvələri şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov vilayətinə kütləvi zərbələr endirib, nəticədə 19 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov öz teleqram kanalında məlumat yayıb.

"Xarkova PUA hücumu nəticəsində xəsarət alanların sayı artaraq 19-a çatıb", - o yazıb.

Xarkov vilayəti üzrə Milli Polisin Baş İdarəsinin məlumatına görə, zərbələr xüsusilə Xarkovun İndustrialnı və Nemışlyanski rayonlarına endirilib.

"Çoxmənzilli və fərdi evlər, yataqxana, iki tibb müəssisəsi zərər görüb, yanğınlar yaranıb", - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
66
4
azpolitika.info

5Sources