Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Paralel.az -nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü E. Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.