AZ

Tovuzda 41 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü E. Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
51
2
bizim.media

10Mənbələr