EN

İran xəbərdarlıq etdi: “Hər hücuma müharibə kimi cavab verəcəyik” – ÖZƏL

İran özünə qarşı ediləcək istənilən hücumu tammiqyaslı müharibə kimi qiymətləndirəcək və buna son dərəcə sərt cavab verəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı rəsmi anonimlik şərti ilə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu dəfə Tehran istər məhdud, istər qeyri-məhdud, istər "cərrahi", istərsə də kinetik adlandırılan istənilən hücumu İran əleyhinə açılmış müharibə kimi qəbul edəcək və ən sərt şəkildə cavablandıracaq.

İranlı rəsmi qeyd edib ki, hazırda Tehran 12 günlük müharibə dövrü ilə müqayisədə xeyli daha əlverişli vəziyyətdədir.

Xatırladaq ki, ötən cümə axşamı ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin "ehtiyat tədbiri olaraq" İran istiqamətində hərəkət etdiyini bildirib. Bundan əvvəl isə o, İrana hərbi müdaxilə variantının gündəmdən çıxarılıb-çıxarılmadığı sualına dəqiq cavab verməyərək, gələcəkdə nə baş verəcəyini deyə bilməyəcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources