EN

İranda daha iki nəfər edam edildi

İran 2023-cü ildə zəvvarları daşıyan avtobusu partladan iki nəfərin edam edildiyini açıqlayıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Mizan” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, terror aktı “İslam Dövləti” terror qruplaşması ilə əlaqələndirilib. Partlayış nəticəsində bir azyaşlı uşaq həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə avtobusun Tehrandan İraqla sərhəddə yerləşən İlam vilayətinə hərəkəti zamanı baş verib.

“Mizan”ın məlumatına əsasən, edam edilən şəxslər avtobusda partlayıcı qurğunu yerləşdirməkdə ittiham olunublar.

"Cebheinfo.az"

Chosen
22
2
cebheinfo.az

3Sources