EN

Borca görə axtarışda olan 65 nəfər saxlanılıb

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 29 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

AzPost.az

Chosen
67
41
azpost.info

10Sources