EN

Şəkərsiz Diabet xəstələrinin diqqətinə: PULSUZ DƏRMAN…

TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəkərsiz diabet əsasən iki formaya bölünür: nefrogen və mərkəzi (beyin mənşəli). Açıqlamaya görə, nefrogen şəkərsiz diabet böyrəklərin antidiuretik hormona (ADH) adekvat reaksiya verməməsi nəticəsində yaranır. Bu zaman böyrəklərin sərbəst suyu geri soraraq sidiyi konsentrasiya etmək qabiliyyəti azalır. Mərkəzi (beyin mənşəli) şəkərsiz diabet isə klinik və laborator müayinələr əsasında müəyyən edilir və su-elektrolit balansının pozulması, poliuriya ilə müşayiət olunur. Kompensasiya olunmayan hallarda bu vəziyyət funksional pozğunluqlara səbəb ola bilər. Qurumdan qeyd olunub ki, hazırda şəkərsiz diabetlə bağlı ayrıca dövlət proqramı mövcud deyil və bu xəstələrə hər hansı dövlət proqramı çərçivəsində mərkəzləşdirilmiş qaydada dərman təminatı həyata keçirilmir. Bununla belə, mövcud mexanizmə əsasən, şəkərsiz diabet diaqnozu olan və əlillik dərəcəsi təyin edilmiş şəxslər, müalicə həkimi tərəfindən Desmopressin preparatı təyin edildiyi halda, imtiyazlı qaydada dövlət vəsaiti hesabına bu dərmanla təmin oluna bilərlər.

TƏBİB-in məlumatına görə, bu təminat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 406 və 38 nömrəli qərarlarına əsasən, imtiyazlı dərman siyahısı çərçivəsində həyata keçirilir.

Chosen
35
Ajans.az

1Sources