EN

Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

Bakı. Trend:

2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyiKOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib. Bu xidmətlərin327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOBevi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə“Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmətmərkəzinin payına düşür.

Bu barədə Trend-ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən(KOBİA) məlumat verilib.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 496 minəyaxını dövlət qurumları (“G2B”), 47 mindən çoxu isə biznesqurumları (“B2B”) tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirməküçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fizikişəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər,gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciətediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluqsəviyyəsi 98% təşkil edib.

Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) strukturuna daxildir. KOB evlərində ümumilikdə50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyətiüçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlərgöstərilir.

Məqalədə:
Chosen
69
11
az.trend.az

10Sources