Paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.