AZ

Narkotikin təsiri altında maşın idarə edən sürücühəbs edilib

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü həbs edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt sakini Elyar Veyisov idarə etdiyi "Toyota" markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı qeyri-adekvat hərəkətləri şübhə doğuran sürücünün altı ay əvvəl narkotik sərxoşluğuna görə məsuliyyətə cəlb olunduğu aşkar edilib. Növbəti dəfə tibbi müayinədən keçirilən E.Veyisov yenidən narkotik maddə qəbul etməsini etiraf edib.

Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
63
30
anews.az

10Mənbələr