Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq. Turun ilk matçı Qubada təşkil edilib. “İmişli” meydan sahibi qismində “Araz-Naxçıvan”la görüşüb. Dörd qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
“Neftçi” də yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında Premyer Liqada qış fasiləsindən sonra ilk matçını bu gün keçirib. “Ağ-qaralar” doğma publika önündə “Zirə”ni qəbul edib. Bu oyunda hesab açılmayıb.
Bu gün daha iki oyun olacaq. Əvvəlcə Şamaxıda eyniadlı komanda “Qəbələ”ni qəbul edəcək.
UEFA Çempionlar Liqasında yoluna davam edən “Qarabağ”ı isə bu tur Premyer Liqada “Kəpəz”lə qarşılaşma gözləyir.