EN

Starmer öz qanun layihəsini Trampa görə geri götürdü

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra Hind okeanının mərkəzindəki Çaqos arxipelaqının Mərakeşə verilməsi ilə bağlı razılaşmanın parlamentdə müzakirəsini gündəmdən çıxarıb.

"Cebheinfo.az" Oxu.Aza istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph" (DT) mənbələrə istinadən məlumat yayıb.

Qanunun yanvarın 26-da Britaniya Parlamentinin Lordlar Palatasında (yuxarı palata) müzakirəyə çıxarılması gözlənilirdi. Lakin Britaniya hökuməti müqavilənin nəzərdən keçirilməsini təxirə salıb. Bu, müxalifətin Londonun 1966-cı il Britaniya-ABŞ müqaviləsini pozacağı barədə açıqlamaları fonunda baş verib. Qeyd edək ki, həmin razılaşma arxipelaqın "Birləşmiş Krallığın suverenliyi altında qalmalı olduğunu" nəzərdə tutur.

K.Starmer 22 may 2025-ci ildə Çaqos arxipelaqı üzərində nəzarətin Mərakeşə ötürülməsi ilə bağlı müqavilənin imzalandığını elan edib. Dieqo Qarsiya adasında 99 il ərzində Britaniya-ABŞ hərbi bazasının saxlanılması da bu müqaviləyə daxildir. Razılaşmaya görə, Böyük Britaniya vaxtilə öz koloniyası olmuş Mərakeşə ildə 100 milyon funt sterlinqdən (230 milyon AZN-dən çox) artıq pul ödəyəcək, eyni zamanda, xarici təhlükəsizlik qüvvələrinin adalarda olmasına ciddi qadağa qoyacaq.

Yanvarın 20-də D.Tramp adanın Mərakeşə verilməsini "böyük axmaqlıq" və "zəiflik" adlandırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
1
cebheinfo.az

2Sources