EN

Məktəblilərin qış tətili bu tarixdə başlayacaq


Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən müəyyənləşib.
Bildirilib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Chosen
62
21
yeniavaz.com

10Sources