EN

Tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun doğum günüdür

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 24-ü Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun doğum günüdür.

"Cebheinfo.az" xatırladır ki, Aftandil İsrafilov 1941-ci ildə Bakıda anadan olub.

O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olunub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

A.İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib.O, 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib.

Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 24 may 1998-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına, 25 yanvar 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülüb.

O, 5 iyul 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 22 aprel 2008-ci ildə "Dağıstan Respublikasının Xalq artisti" adına layiq görülüb.

2 dekabr 2022-ci il tarixində reanimasiyaya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 2023-cü il aprelin 29-da vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
1
cebheinfo.az

2Sources