Bakı. Trend:
2025-ci ildə İnzibati kollegiyanın icraatında olan 5 227 işdən62,1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərin 43,4 faizimahiyyəti üzrə baxılaraq həll edilib.
Trend xəbərverir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarınahəsr olunmuş iclasında məlumat verilib.
Bildirilib ki, işlərin 9,6 faizi üzrə kassasiya şikayəti formaləsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə isə kassasiyaicraatına xitam verilib.
Məhkəmə baxışına çıxarılan 3 246 işin nəticələrinə gəlincə,onların 27,4 faizi üzrə məhkəmə aktı dəyişdirilmədən saxlanılıb.İşlərin 47 faizi üzrə kassasiya şikayəti mübahisələndirilən məhkəməqərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edilməsi səbəbindənmümkün sayılmayıb. Bundan başqa, 14 faiz iş üzrə qərar ləğv edilib,0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz iş üzrə isə qərardəyişdirilib.