EN

ABŞ təyyarəsi İran sahillərində

ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" kəşfiyyat-patrul təyyarəsi İran sahillərində, Fars körfəzi akvatoriyası üzərində müşahidə və kəşfiyyat missiyaları həyata keçirir.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumat "Flightradar24" uçuşların izlənməsi xidmətinin açıq məlumatlarına əsaslanır.

Qeyd edək ki, "P-8A Poseidon" müasir dəniz patrul təyyarəsidir və sualtı qayıqların aşkarlanması, elektron kəşfiyyat və müşahidə əməliyyatları üçün nəzərdə tutulub.

Chosen
18
5
far.az

6Sources