Yazını böyüt
Yazını kiçilt
Almaniya futbolunun əfsanəsi Lotar Matteus xoşagəlməz hadisə ilə üzləşib.
Hafta.az “Bild”ə istinadən xəbər verir ki, 65 yaşlı sabiq futbolçu Avstriyanın Oberlex-am-Arlberq kurortunda xizək sürərkən yıxılıb.
Nəticədə onun çiyninin bağlarında ikiqat qopma qeydə alınıb. L.Matteus əməliyyat olunması üçün Münhenə aparılıb.