EN

Qurban Qurbanov Bəhluldan danışdı -“Maraqlananlar var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ÇL-in əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran Bəhlul Mustafazadənin klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 

Redaktor.az xəbər verir ki, təcrübəli mütəxəssis Bəhlulla maraqlanan klublar olduğunu deyib:

“Maraqlananlar var. Amma hələ ki, konkret qərar verilməyib”.

Xatırladaq ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılmışdı. 

Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilirdi.

Chosen
140
48
redaktor.az

10Sources