AZ

Qurban Qurbanov Bəhluldan danışdı – “Maraqlananlar var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ÇL-nin əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran Bəhlul Mustafazadənin klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. 

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Bəhlulla maraqlanan klublar olduğunu deyib:

“Maraqlananlar var. Amma hələ ki, konkret qərar verilməyib”.

Xatırladaq ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər yayılmışdı.

Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilirdi.

Seçilən
139
48
konkret.az

10Mənbələr