EN

Saxta vəkil ifşa olundu: iki min manat cərimələndi

Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu Rayon Prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.

 

Modern.az xÉ™bÉ™r verir ki, CinayÉ™t MÉ™cÉ™llÉ™sinin 320.2-ci maddÉ™si ilÉ™ tÉ™qsirlÉ™ndirilÉ™n 1976-cı il tÉ™vÉ™llüdlü KÉ™nan Babayev (ad-soyad ÅŸÉ™rtidir) hüquq verÉ™n saxta vÉ™siqÉ™dÉ™n bilÉ™-bilÉ™ istifadÉ™ etmÉ™kdÉ™ tÉ™qsirli bilinib.

 

Qeyd olunub ki, o, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb. Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pulqabısı ifşa edib.

 

Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pulqabının prokurorluğun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığı deyilib.

 

Növbəti gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya ilə sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilib.

 

Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs iki min manat məbləğində cərimə olunub. (Mənbə: teleqraf)

Chosen
32
13
modern.az

10Sources