EN

Şəkidə keçmiş məktəb direktoru VƏFAT ETDİ - FOTO

Şəkidə keçmiş məktəb direktoru vəfat edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2020-2024-cü illərdə Şəki şəhər 8 nömrəli məktəbə
rəhbərlik edən təcrübəli müəllim Almas Əliyeva qəflətən dünyasını dəyişib.

Son illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Almas Əliyevanın qəfil vəfatı çalışdığı məktəbin kollektivi tərəfindən böyük kədər və təəssüflə qarşılanıb.

Mərhum doğulduğu Şəki şəhərində bu gün dəfn olunacaq.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
37
1
bizim.media

8Sources