EN

İranda qətliamın miqyası dəhşət saçır: ölənlərin sayı 22 mini keçə bilər

İranda etiraz aksiyaları zamanı həlak olanların sayı 22 min nəfəri keçə bilər.

Musavat.com xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) yaydığı son hesabatda bildirib.

Məlumata görə, hazırda 5 459 nəfərin ölümü rəsmi şəkildə təsdiqlənib, daha 17 031 nəfərin həlakı isə araşdırma mərhələsindədir. Bu da ümumi itkilərin 22 min nəfəri keçə biləcəyini göstərir. Hüquq müdafiəçilərinin vurğuladığına görə, faktiki rəqəmlər daha da yüksək ola bilər.

HRANA-nın məlumatında qeyd olunur ki, ölkə üzrə 40 887 nəfər saxlanılıb. Onlardan 325-dən çoxu 18 yaşdan aşağı olan yeniyetmələrdir. Saxlanılanların əksəriyyəti birbaşa etirazlarda iştirak edənlər və ya bu aksiyalarla əlaqələndirilən şəxslərdir.

Bununla yanaşı, hesabatda İranda informasiya blokadasının davam etdiyi xüsusi vurğulanır. Hakimiyyətə yaxın bəzi KİV-lərin internetə çıxışın guya 40 faiz bərpa olunduğu barədə məlumat yaymasına baxmayaraq, NetBlocks-un texniki ölçmələri bunun əksini göstərir. Son məlumatlara əsasən, ölkə üzrə internetin kəsilməsi ümumilikdə 375 saatı keçib.

Hüquq müdafiəçiləri bildirirlər ki, informasiya blokadası real itkilərin miqyasını gizlətmək, etirazların coğrafiyasını və intensivliyini ört-basdır etmək məqsədi daşıyır. Beynəlxalq ictimaiyyət isə İranda baş verən hadisələrə görə rəsmi Tehrana qarşı təzyiqlərin artırılmasını tələb edir.

Qeyd edək ki, İranda etirazlar uzun müddətdir davam edir və əsas səbəb kimi ağır iqtisadi vəziyyət, inflyasiya, işsizlik və sosial ədalətsizlik göstərilir. Aksiyalar getdikcə daha geniş miqyas alır və ölkənin bir çox şəhərini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
48
2
olaylar.az

3Sources