EN

Qonaqların günü “Sabah” üçün yeni fürsət

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Premyer Liqanın XVII turunda daha iki görüş baş tutub.

“Şamaxı” azarkeşləri önündə “Qəbələ”yə uduzub. Görüşün ilk hissəsini üstün keçirən meydan sahibləri birinci hissənin sonlarında buraxdığı qolla fasiləyə geridə yollanıb. İkinci hissənin əvvəlində də standart vəziyyətdən fərqlənən “Qəbələ” rəqibin bütün planlarını pozdu və sonda qələbə qazanmağı bacardı. Psixoloji eniş yaşayan “Şamaxı”lıların cəhdləri uğursuz alındı. Nəticədə əks-hücumlardan daha iki qol vuran qonaqlar darmadağınla üç xalı qazandı.

Qış fasiləsində heyətə cəlb edilən İsmaheel Akinade hücumda daha aktiv göründü, rəqib müdafiəçilər üçün kifayət qədər çətinlik yarada bildi. Mövsümün ilk dövrəsində məhz realizasiya problemləri yaşayan “Qəbələ” görünür, fasiləni yaxşı dəyərləndirib və 4:0 hesablı qələbə komanda üçün əlavə motivasiya olacaq.

Digər görüşdə isə “Qarabağ” “Kəpəz”ə məğlub olub. Çempionlar Liqasında “Ayntraxt”la ağır oyundan çıxan və turnirdə pley-off hesablamaları edən “atlılar”da oyuna köklənmək problemi hiss olunurdu. Hücumda Nəriman Axundzadənin itirdiyi toplar, qapıda Fabian Buntiçin uğursuz çıxışı əsas diqqət çəkən amil oldu.

“Kəpəz”in qələbəsi gəncəlilər üçün xüsusi motivasiya olacaq. “Qarabağ”ı büdrətmək hələm-hələm asan məsələ deyil və bu, “Kəpəz”də özünəinamı daha artıracaq. Gəncəlilərin qələbəsi “Sabah” üçün fürsət yaradıb. “Bayquşlar” bu gün autsayder “Karvan-Yevlax”ı məğlub edəcəyi halda, “Qarabağ”la xal fərqini 4-ə yüksəldəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
futbolpress.az

1Sources