EN

“Napoli” yeni hücumçu transfer etdi – RƏSMİ

“Napoli” heyətini yeni hücumçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Neapol klubu “Verona”dan 22 yaşlı Jiovaneni transfer edib.

Braziliyalı forvard “Korintians” klubunun yetirməsidir. O, ptən ilin yayında “Verona”ya azad agent kimi keçib.

Jiovane bu mövsüm İtaliya A seriyasında 23 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Onun “Napoli” ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, biir müddət əvvəl “Napoli”ni hücum xətinin oyunçuları – Lorentso Lukka və David Neres tərk edib. Lukka “Nottinqem Forest”ə, Neres isə “Qalatasaray”a keçib.

Chosen
21
msport.az

1Sources