EN

Masallıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib » AzadMedia.az


Masallı rayonunun Çaxırlı kəndi ərazisində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Məlumata görə, sürücü Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölən şəxs isə qazi atasıdır.

Faktla bağlı araşdırma aparılır.
Chosen
19
azadmedia.az

1Sources