EN

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam" - Nigar Mirzəliyeva

Almaniya "Hamburq"una keçən qadınlardan ibarət millimizin üzvü Nigar Mirzəliyevə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:
"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdu, burda yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdü. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".

Xatırladaq ki, Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən Mirzəliyeva bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
Chosen
108
2
football-plus.az

5Sources