Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış.
Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur.
Xəsarət alan mikroavtobusun sərnişinləri
1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.
Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.
Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəzaya uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.