EN

Bakıda evdən 29 min manatlıq qızıl oğurlayan şəxs yaxalandı



Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Chosen
85
28
baki-xeber.com

10Sources