“Sabah”ın futbolçusu Ayaz Quliyev klubunu dəyişməyə yaxındır.
Publika.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın “Arsenal” klubu ilə anlaşıb.
Bu barədə rusiyalı insayder İvan Karlov məlumat yayıb.
Mənbənin məlumatına görə, Masazır təmsilçisi Quliyevi pulsuz buraxmağa razılaşıb. Onun Tula komandası ilə 2027-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.