Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Sabah”ın futbolçusu Ayaz Quliyev klubunu dəyişməyə yaxındır.
Teleqraf xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Rusiyanın "Arsenal” klubu ilə anlaşıb.
Bu barədə rusiyalı insayder İvan Karlov məlumat yayıb.
Mənbənin məlumatına görə, Masazır təmsilçisi Quliyevi pulsuz buraxmağa razılaşıb. Onun Tula komandası ilə 2027-ci ilə qədər müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Ayaz Quliyev cari mövsümdə "Sabah”ın heyətində cəmi 136 dəqiqə meydanda olub. O, daha əvvəl 2021/22 mövsümündə də "Arsenal”da çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.