EN

Aktrisa Məsumə Babayeva dəfn edilib

Aktrisa Məsumə Babayeva, yaşadığı evdə keçirilən vida mərasimindən sonra Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.

 

Senzor.az bildirir ki, vida və dəfn mərasimlərində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak ediblər.

 

Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.

 

Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.

 

Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.

 

2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.

 

Onu da qeyd edək ki, tanınmış aktrisa dünən uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Allah rəhmət eləsin!

Chosen
85
18
senzor.az

10Sources