“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb. Bu, Misli Premyer Liqasının 17-ci turunda qeydə alınıb.
Apasport.az xəbər verir ki, “Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.
Nigar Mirzəliyeva: "Ölkəmizi tanıtmaq üçün çox çalışacağam"
Lider autsayderə qarşı - YENİLƏNİR
"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - Rəsmi
Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"
“Qarabağ”a qol vurmağın mükafatı bəlli oldu - ÖZƏL