EN

“Oyun bizim üçün daha rahat alınacaqdı” – Kurban Berdıyev

Azərbaycan Premyer Liqasının 17-ci turunun “Turan Tovuz” – “Sumqayıt”(2:1) görüşündən sonra Qərb klubunun baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında iştirak edib.

Msport.az  xəbər verir ki, o, maçı belə dəyərləndirib:

“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər”.

– Komandanın hazırkı durumunu necə dəyərləndirirsiz? Qışda komandanı istədiyiniz kimi hazırlaya bilmisiz?

– Yaxşı məşq etdik, şərait də yaxşı idi.

Chosen
46
5
msport.az

6Sources